Əraqçi Fidan və Fərhanla ABŞ zərbələrini müzakirə etdi

2026/04/1776934668.jpg
Oxunub: 203     10:06     10 İyun 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyənin xarici işlər naziri Hakan Fidan və Səudiyyə Ərəbistanının XİN rəhbəri Feysəl bin Fərhan əl-Səudlə ayrı-ayrılıqda telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, İran tərəfinin məlumatına görə, danışıqlar zamanı ABŞ-nin İranın cənubuna endirdiyi zərbələrdən sonra regionda yaranmış son vəziyyət müzakirə olunub.

Tehran telefon danışıqlarında ABŞ-nin hərəkətlərini İranın suverenliyinin pozulması kimi qiymətləndirib və ölkənin özünümüdafiə çərçivəsində cavab tədbirləri görmək hüququnun olduğunu vurğulayıb.

Tərəflər həmçinin regionda gərginliyin daha da artmasının qarşısının alınmasının, sabitliyin qorunmasının və vəziyyətin nəzarətdən çıxmamasının vacibliyini qeyd ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   Fidan   Fərhan  


Bizi "telegram"da izləyin