Ordu.az xəbər verir ki, bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb.
Qərargahın bəyanatında qeyd olunub ki, ABŞ ordusu İran İslam Respublikasına qarşı hər hansı təcavüzü təkrarlayarsa, regiondakı müəyyən hədəflərə qarşı daha ciddi və daha geniş hücumlarla üzləşəcək.
İran hərbi rəhbərliyi bildirib ki, regionda yerləşən bir neçə ABŞ hərbi bazası İran Ordusu və İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri tərəfindən hücuma məruz qalıb. Bu addım İranın cənubuna endirilən ABŞ zərbələrinə cavab olaraq həyata keçirilib.
Bəyanatda ABŞ tərəfinin hücumları Apache helikopterinin vurulması ilə bağlı “saxta bəhanə” ilə əsaslandırdığı vurğulanıb.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Amerika qüvvələrinin İranın hava hücumundan müdafiə obyektlərinə, yerüstü idarəetmə məntəqələrinə və Hörmüz boğazı yaxınlığındakı radiolokasiya stansiyalarına qarşı “özünümüdafiə məqsədli” əməliyyatı başa çatdırdığını açıqlamışdı.
ABŞ mediasının məlumatına görə, əməliyyat üç dalğa şəklində həyata keçirilib.
Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu regiondakı ABŞ ilə əlaqəli hədəflərə raket və pilotsuz uçuş aparatı hücumları təşkil edib.
Sevinc Əliyeva
Ordu.az