Ordu.az xəbər verir ki, bu barədə BVF məlumat yayıb.
Məlumata görə, qərar Ermənistanın 18,4 milyon SDR həcmində əlavə vəsaitə çıxış əldə etməsinə imkan verir. Bununla da proqram çərçivəsində ümumi maliyyələşdirmə həcmi 36,8 milyon SDR-ə və ya təxminən 50,2 milyon ABŞ dollarına çatıb.
BVF qeyd edib ki, Ermənistan hakimiyyəti bu proqramı preventiv maliyyə aləti kimi qiymətləndirməyə davam edir.
Fondun qiymətləndirməsinə əsasən, Ermənistanda iqtisadi fəallıq yüksək olaraq qalır. Proqnozlara görə, 2026-cı ildə real ÜDM artımı qlobal qeyri-müəyyənliyə baxmayaraq təxminən 5,25 faiz təşkil edəcək.
Hesabatda bildirilir ki, daxili tələbin zəifləməsi və Yaxın Şərqdəki müharibənin yaratdığı ticarət problemləri iqtisadi artım tempinə təsir göstərə bilər.
BVF hesab edir ki, inflyasiya yaxın müddətdə yüksək səviyyədə qalacaq, lakin sonrakı dövrdə Ermənistan Mərkəzi Bankının hədəf göstəricilərinə qayıdacaq.
Fond həmçinin Ermənistanın xarici və maliyyə ehtiyatlarının kifayət qədər güclü olduğunu vurğulayıb. Bəyanatda qeyd olunur ki, proqramın icrası ümumilikdə plan üzrə davam edir və 2025-ci ilin sonuna qədər bütün əsas kəmiyyət göstəriciləri yerinə yetirilib.
BVF Ermənistan hakimiyyətini fiskal sabitliyi qorumağa, vergi inzibatçılığını gücləndirməyə və iqtisadiyyatın dayanıqlığını artırmağa yönəlmiş islahatları davam etdirməyə çağırıb.
Alpər Mövludoğlu
Ordu.az