"Axios": ABŞ İrana üçüncü hücum dalğasına başlayıb

2026/03/1774626079.jpg
Oxunub: 316     05:48     10 İyun 2026    
ABŞ-nin hərbi qüvvələri İrana üçüncü hücum dalğasına başlayıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində ABŞ administrasiyasının rəsmisinə istinadən bildirib.

Jurnalistin sözlərinə görə, hazırda üçüncü hücum dalğası həyata keçirilir. O, daha əvvəl İranda hava hücumundan müdafiə sistemlərinə və radarlarına ikinci hücum dalğasının başlandığını bildirib.

Çərşənbə axşamı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində "Apache" helikopterinə edilən hücuma cavab olaraq İrana hücumların başladığını elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Hücum  


Bizi "telegram"da izləyin