İran Bəhreynin beşinci hərbi donanmasına hücum edib

2025/10/1761905784.jpg
Oxunub: 315     05:33     10 İyun 2026    
İranın Hərbi Dəniz Qüvvələri ABŞ-nin hücumlarına cavab olaraq, Bəhreynin beşinci hərbi donanmasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

SEPAH bildirib ki, ABŞ-nin hücumları Sirikdəki telekommunikasiya qülləsinə zərər vurub və iki su çəni məhv edilib.

SEPAH ABŞ-ni "daha sərt cavab tədbirləri" ilə bağlı xəbərdarlıq edib.

İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığı ABŞ-nin bölgədəki bir neçə bazasına hücum edildiyini bildirib. İran mediasının məlumatına görə, hücumlar ABŞ-nin İranın cənubuna endirilmiş zərbələrə cavabdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Bəhreyn  


Bizi "telegram"da izləyin