Ordu.az-ın məlumatına görə, bu barədə İranın dövlət televiziyası xəbər verib.
"Saat 02:35-də Cask şəhərində bir neçə partlayış eşidilib", - məlumatda qeyd olunur.
Qeyd edək ki, ABŞ "Apache" helikopterinin vurulmasına cavab olaraq İrana qarşı qisas hücumları başladığını açıqlayıb.
İranın cənubundakı bir sıra ərazilər hədəfə alınsa da, yerli media hücumların başa çatdığını açıqlayıb.
İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin hücumlarının cavabsız qalmayacaqlarını bildirib.
Ordu.az