CNN: ABŞ hesab edir ki, İrana zərbələr Tehrana xəbərdarlıqdır

2026/03/1774611672.jpg
Oxunub: 248     04:50     10 İyun 2026    
ABŞ İrana yeni zərbələri Tehrana xəbərdarlıq kimi qiymətləndirir və onların tərəflər arasında danışıqlara mane olacağına inanmır.

Ordu.az-ın məlumatına görə, CNN bu barədə ABŞ rəsmisinə istinadən xəbər verib.

Mənbənin sözlərinə görə, Vaşinqton hücumların İrana "xəbərdarlıq atəşi" kimi xidmət etmək məqsədi daşıdığına inanır.

Mənbə həmçinin qeyd edib ki, ABŞ tərəfi münaqişənin həlli üçün danışıqların davam olunacağını gözləyir və zərbələrin diplomatik prosesi pozacağını gözləmir.

Qeyd edək ki, ABŞ İranın bir sıra ərazilərinə hava zərbələri endirib. İranın cənubundakı Bəndər Abbas, Sirik və Qeşm adası ətrafında ardıcıl partlayış səsləri eşidilir. İranın ABŞ-nin "Apache" helikopterini vurmasından sonra Vaşinqton administrasiyası cavab hücumuna başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Zərbə  


Bizi "telegram"da izləyin