ABŞ Konqresində UNO-lar barədə məlumat verənlərə toxunulmazlıq təklif olunur

2025/05/1746508845.jpg
Oxunub: 237     03:37     10 İyun 2026    
ABŞ Konqresinin Nümayəndələr Palatasının bir qrup qanunvericisi uçan naməlum obyektlər (UNO) barədə məlumatları açıqlayan şəxsləri qorumaq təklifi ilə administrasiyaya müraciət etməyi planlaşdırır.

Ordu.az-ın məlumatına görə, bu barədə Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna (Florida ştatından respublikaçı) bildirib.

Onun sözlərinə görə, söhbət uçan naməlum obyektlər və ya yerdənkənar sivilizasiyalar haqqında məlumatların yayılması üçün gizli məlumatların açıqlanmaması haqqında qanunvericiliyi pozanlara cinayət təqibindən toxunulmazlığın verilməsi imkanından gedir.

"Biz uzun müddətdir, informasiya verənlərin qorunması və ya UNO məlumatlarının açıqlanması ilə bağlı qanunların qəbul olunmasını tələb edirik, lakin bu təşəbbüslər müxtəlif qurumlar tərəfindən dəfələrlə bloklanıb", - o deyib.

A. P. Luna qeyd edib ki, Donald Tramp administrasiyası bu məsələyə daha konstruktiv yanaşma nümayiş etdirib və Ağ Ev rəsmiləri ilə görüşmək planlarını açıqlayıb.

Onun sözlərinə görə, konqresmenlər məlumat verənlər üçün müvəqqəti və ya daimi toxunulmazlıq əldə etmək niyyətindədirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Konqres   UNO  


Bizi "telegram"da izləyin