Ordu.az-ın məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bunu "CBS News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, sazişin müddəti danışıqların gedişatından asılıdır və geniş diapazonda dəyişə bilər.
"Düşünürəm ki, saziş bir həftə ərzində bağlana bilər, amma bir neçə ay ərzində də bağlana bilər", - o qeyd edib.
Vens əlavə edib ki, Vaşinqton ABŞ üçün iqtisadi cəhətdən faydalı olacaq və İranın nüvə proqramı ilə bağlı məsələləri həll edəcək bir razılaşma əldə etməyi gözləyir.
O, həmçinin tərəflərin razılığa yaxın olduğunu, lakin onun bağlanması üçün əlavə işlərin görülməli olduğunu vurğulayıb.
Ordu.az