Ordu.az xəbər verir ki, bunu iyunun 8-də keçirdiyi mətbuat konfransında “Vətəndaş Müqaviləsi” partiyasının sədri, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
O, seçki bülletenlərinin rəsmi hesablanmasının 20 faizi tamamlanmamış müxalifətin axtarışlar, əsassız həbslər və hakimiyyət tənqidçilərinə təzyiqlərlə bağlı etirazlar təşkil edib-etməyəcəyi barədə suala cavab verərkən ölkədə seçkilərdən sonrakı gərginlik ehtimalını qətiyyətlə rədd edib.
Paşinyan vurğulayıb ki, vəziyyətin nəzarətdən çıxacağı ilə bağlı ssenarini qəbul etmir.
“Müxalif qüvvələr real seçki sonrası qarşıdurma yarada bilməzlər, çünki onların əldə etdiyi səslərin əhəmiyyətli hissəsi seçkiqabağı rüşvət hesabına qazanılıb”, - deyə Paşinyan qeyd edib.
Ermənistanın baş naziri əmin olduğunu bildirib ki, vətəndaş cəmiyyəti hakimiyyət əleyhdarlarının etiraz təşəbbüslərini dəstəkləməyəcək.
“Mən istisna edirəm ki, erməni xalqı həmin müharibə üçlüyü partiyasına hər hansı formada hərəkət etmək imkanı versin”, - deyə Paşinyan bildirib.
O qeyd edib ki, ictimai əhval-ruhiyyə və seçki prosesinin legitimliyi sabitliyi pozmağa yönəlmiş bütün cəhdləri neytrallaşdırır. Daxili siyasi vəziyyətlə bağlı proqnozlarını yekunlaşdıran Paşinyan gərginliyin artırılmamasına çağırış edib və ölkədə seçkilərdən sonra heç bir sarsıntının yaşanmayacağını vurğulayıb.
Paşinyan həmçinin bildirib ki, onun mövqeyi və fəaliyyət proqramı dəyişməyib. O hesab edir ki, rəqib siyasi qüvvələrin liderləri cinayət məsuliyyətinə cəlb olunmalı, kriminal-oliqarxik sistem isə aktivlərindən sürətli şəkildə məhrum edilməlidir.
Alpər Mövludoğlu
Ordu.az