Ordu.az xəbər verir ki, Tramp bu barədə “New York Post” nəşrinin podkastına verdiyi müsahibədə danışıb.
“Hazırda ön xətdə quru qoşunlarına ehtiyacımız yoxdur. Biz bunu artıq etmişik, yalnız bombardmanlarla onların hərbi infrastrukturunun əhəmiyyətli hissəsini məhv etmişik. Heç kimi quru əməliyyatına göndərməmişik. Əgər bundan qaçmaq mümkündürsə, bunu etmək niyyətimiz də yoxdur”, - deyə ABŞ Prezidenti bildirib.
Tramp əlavə edib ki, müharibənin başa çatması ilə bağlı seçim qarşısındadırlar.
“Razılaşma imzalayacağıqmı, yoxsa başqa yolla gedəcəyik? Digər yol isə heç də xoş deyil”, - deyə o qeyd edib.
ABŞ Prezidenti vurğulayıb ki, alternativ variant müəyyənlik gətirə bilər, lakin buna baxmayaraq, məsələnin “yaxşı yolla” həll olunmasını üstün tutur.
Sevinc Əliyeva
Ordu.az