Ordu.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.
O bildirib ki, İran tam təslim olsa belə, bəzi ABŞ media qurumları bunu yenə də İranın qələbəsi kimi təqdim edəcək.
Tramp paylaşımında “The Wall Street Journal” qəzetini qəsdən “China Street Journal” adlandırıb və bununla nəşrin Çinə daha yaxın olduğunu ima edib.
ABŞ Prezidenti həmçinin demokrat siyasətçiləri İran əməliyyatını uğurlu hesab etməmələrinə görə tənqid edib.
Sevinc Əliyeva
Ordu.az