Tramp yenidən ABŞ mediasını İranla müharibənin işıqlandırılmasına görə tənqid edib

2026/05/1779859459.jpg
Oxunub: 439     09:14     27 May 2026    
ABŞ Prezidenti Donald Tramp yenidən Amerika mediasına qarşı sərt açıqlamalar verərək “The New York Times”, “The Wall Street Journal” və CNN telekanalını İranla müharibəni qərəzli şəkildə işıqlandırmaqda ittiham edib.

Ordu.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.

O bildirib ki, İran təslim olsa, hərbi donanmasının məhv edildiyini etiraf etsə və bütün ordusu silahları yerə ataraq təslim olsa belə, Amerika mediası bunu ABŞ-nin məğlubiyyəti kimi təqdim edəcək.

“Əgər İran tam kapitulyasiya etsə belə, “The New York Times”, “China Street Journal” və CNN yenə də İranın ABŞ üzərində böyük qələbə qazandığını yazacaq”, - deyə Tramp qeyd edib.

ABŞ Prezidenti həmçinin Demokratlar Partiyasını və media qurumlarını sərt tənqid edərək onların “tamamilə ağıllarını itirdiyini” bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin