Erməni KİV-i: Bu yanaşma, ilk növbədə, “ermənilər bizdən başqa kimə lazımdır?” münasibətinin ifadəsidir

2026/05/1779819515.jpg
Oxunub: 466     22:15     26 May 2026    
“Ötən həftə Kişineuda Avropa Şurasının Nazirlər Komitəsinin iclası keçirilib. İclasda Ukrayna və Gürcüstanın xarici işlər nazirləri Sibiqa və Boçorişvili iştirak ediblər, daha sonra onların təkbətək görüşü baş tutub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

Nəşrə görə, uzun fasilədən və qarşılıqlı etimadsızlığın təxminən beş illik mərhələsindən sonra Avropa demokratiya cəmiyyətinin İrəvanda keçirilən sammiti çərçivəsində Ukrayna Prezidenti Zelenski ilə Gürcüstanın Baş naziri Kobaxidzenin görüşü olub.

“Tərəflər münasibətlərin “yenidən yüklənməsi” niyyətini bildiriblər. Ukrayna və Gürcüstan GUAM təşkilatının qurucu üzvləridir. Bu qurum iyirmi ildən çox əvvəl Müstəqil Dövlətlər Birliyinə alternativ kimi yaradılıb, amma faktiki olaraq 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra fəaliyyət göstərməyib. Rusiya mətbuatı Gürcüstan-Ukrayna münasibətlərində son vaxtlar müşahidə olunan təmaslara toxunaraq narahatlıq bildirib ki, “Avropa İttifaqı “Gürcü Arzusu” partiyasına və Gürcüstanın hazırkı hakimiyyətinə münasibətdə tənqidi yanaşmanı dəyişə və siyasi praqmatik xətt götürə bilər”. Moskva, çox güman ki, Ukrayna ilə Gürcüstan arasında əməkdaşlığın “Cənubi Qafqazda Avropa İttifaqının təsirini artıracağından” narahatdır.

Bu kontekstdə “Nezavisimaya qazeta” belə bir fikir bildirib ki, hazırkı mərhələdə “Cənubi Qafqaz ölkələri içərisində Avropa İttifaqı ilə ən sıx münasibətlərə Ermənistan malikdir, əslində isə Gürcüstanın siyasi və işgüzar elitası Avropa ilə daha dərin əlaqələrə sahibdir və Tbilisidə hansı hakimiyyət formalaşsa da, bu inteqrasiya dəyişməyəcək, Ermənistandan fərqli olaraq, orada hakimiyyət dəyişikliyi avropayönlü siyasətə dərhal son qoyacaq”. Mətbuat orqanı bu qənaətin hansı mənbələrə söykəndiyini əsaslandırmayıb, lakin elə buna görə də həmin qiymətləndirmənin təhlükəsi daha da artır”, - deyə nəşr bildirib.

Müəllif qeyd edib ki, Gürcüstan elitalarının Avropa ilə sıx bağlılığı, Ermənistan məsələsində isə “istənilən hakimiyyət dəyişikliyi hazırkı avropayönlü siyasətə dərhal son qoyacaq” ümidini saxlayırlar.

“Bu yanaşma, ilk növbədə, Ermənistanı lağa qoymaq və ya “ermənilər bizdən başqa kimə lazımdır?”, yaxud “ermənilər biz olmadan hara gedə bilərlər?” münasibətinin ifadəsidir. Onun siyasi alt qatında “Ermənistanı heç bir halda əldən buraxmaq olmaz” düşüncəsi dayanır. Mahiyyət etibarilə hər şey bir məntiqə gəlib çıxır: “Əgər Ermənistanda hakimiyyət dəyişikliyi vasitəsilə avropayönlü siyasətə son qoyularsa, Cənubi Qafqaz Rusiyanın təsir zonasında qalacaq”.

Müxalifət təbliğ edir ki, avropayönlü siyasət Ermənistanı güc mərkəzlərinin rəqabət meydanına çevirir, amma əslində birmənalı rusiyapərəst istiqamət Cənubi Qafqazda qarşıdurmanın qorunması və dərinləşməsi təhlükəsi yaradır”, - deyə məqalədə vurğulanıb.

Nəşrin yazdığına görə, Gürcüstan-Ukrayna münasibətlərinin mümkün “yenidən yüklənməsi”nə qarşı Rusiyanın gizlətməkdə çətinlik çəkdiyi narahatlıq göstərir ki, Moskva bu perspektivdə həm də Ermənistan-Ukrayna münasibətlərinin yaxşılaşmasını nəzərdən keçirir.

“Azərbaycanın Ukrayna ilə əməkdaşlığı, görünür, artıq faktdır. Cənubi Qafqazın üç ölkəsi və Ukrayna arasında əməkdaşlıq olarsa, Avropa İttifaqının mövcudluğu artıq institusional xarakter daşıyacaq. Şübhə yoxdur ki, Moskva Ermənistan seçkilərini “Avropa referendumu” kimi görür. Bundan sonra İrəvanla Brüssel arasında münasibətlər “artıq geridönməzlik” mərhələsinə keçəcək. Elə Gürcüstanda olduğu kimi, orada da görünür ki, Bidzina İvanişvili Kreml siyasi texnoloqlarının ümidlərini “tam doğrultmur”. Bəs “erməni İvanişvili” nəyə can atır? İyun 7-si buna cavab verəcək”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ukrayna   Ermənistan  


Bizi "telegram"da izləyin