Ordu.az xəbər verir ki, bu barədə Trampın imzaladığı sərəncamın mətni ilə tanış olan “Reuters” agentliyi məlumat yayıb.
2026-cı il mayın 21-i tarixli sənəddə qeyd olunur ki, afrikaner etnik qrupuna mənsub ağdərili cənubi afrikalılar hökumət və siyasi partiyalar tərəfindən “irqi motivli zorakılığa təhrik” səbəbindən fövqəladə vəziyyətlə üz-üzədir.
Ağ Ev, ABŞ Dövlət Departamenti və Cənubi Afrika Respublikası hökuməti məsələ ilə bağlı şərh sorğularına operativ cavab verməyib.
Respublikaçılar Partiyasını təmsil edən Tramp 2025-ci ilin yanvarında vəzifəyə başladıqdan dərhal sonra bütün dünyadan qaçqın qəbulunu dayandırmışdı.
Lakin bir neçə həftə sonra o, yalnız Cənubi Afrika Respublikasının ağdərili vətəndaşlarının qəbuluna yönəlmiş proqram başladıb.
Əvvəlcə qaçqın qəbulu üzrə ümumi limit 2026-cı maliyyə ili üçün rekord dərəcədə aşağı, 7 min 500 nəfər müəyyən edilmişdi.
Rəsmi məlumatlara əsasən, aprelin sonuna qədər Tramp administrasiyası artıq 6 min ağdərili cənubi afrikalını qəbul edib.
Kvotanın daha 10 min nəfər artırılması ilə ABŞ-də qaçqın qəbulunun ümumi limiti 17 min 500 nəfərə çatdırılıb.
Sevinc Əliyeva
Ordu.az