Ordu.az xəbər verir ki, bu barədə əvvəlcə “New York Post” nəşri məlumat yayıb, daha sonra məlumat “Fox News” telekanalı tərəfindən təsdiqlənib.
Məlumata görə, görüşdə Milli Kəşfiyyat Direktoru vəzifəsindən ayrılan Tulsi Qabbard da daxil olmaqla Nazirlər Kabinetinin bütün üzvləri iştirak edəcək.
Görüş Ağ Evin administrasiyasının yüksək riskli danışıqlar çərçivəsində növbəti addımlarını qiymətləndirdiyi bir vaxtda təşkil olunur.
Danışıqların məqsədi Tehranla daha geniş və hərtərəfli razılaşmanın əldə edilməsidir.
Tarixən Kemp-Devid iqamətgahı ABŞ liderləri tərəfindən milli təhlükəsizlik məsələlərinin müzakirəsi və əsas diplomatik məsləhətləşmələrin keçirilməsi üçün istifadə olunub.
Sevinc Əliyeva
Ordu.az