Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Avrasiya İqtisadi Ali Şurasının iclası cümə günü Astana şəhərində keçiriləcək.
Uşakov qeyd edib ki, Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü ilə bağlı qərarları Avrasiya İqtisadi Birliyinin digər ölkələrində narahatlıq doğurmaya bilməz.
“Siz Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə mümkün üzvlük və ya əməkdaşlığın genişləndirilməsi ilə bağlı hansı qərarlar qəbul etdiyini, hansı planlara malik olduğunu bilirsiniz. Bu, əlbəttə ki, Ermənistanla Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlıq edən digər ölkələri narahat etməyə bilməz”, - deyə Uşakov vurğulayıb.
O əlavə edib ki, bütün bu məsələlər görüş zamanı Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin liderləri tərəfindən müzakirə ediləcək.
Alpər Mövludoğlu
Ordu.az