Ordu.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
FSVTS-nin açıqlamasında bildirilib ki, Hindistan Rusiya istehsalı olan uzaqmənzilli S-400 “Triumf” hava hücumundan müdafiə sistemlərinin əlavə alınmasına maraq göstərir.
“Rusiya bu tədarükə hazırdır və bununla bağlı müvafiq danışıqlar aparılır”, - deyə açıqlamada qeyd olunub.
FSVTS rəhbəri Dmitri Şuqayev mayın 20-də verdiyi açıqlamada Hindistana mövcud S-400 tədarükü üzrə müqavilənin planlaşdırılmış qrafikə uyğun şəkildə icra olunduğunu bildirmişdi.
Qeyd edək ki, Rusiya və Hindistan arasında aparılan genişmiqyaslı danışıqlardan sonra əldə olunan razılaşma çərçivəsində ilk S-400 tədarükü 2021-ci ildə başlayıb.
Sevinc Əliyeva
Ordu.az