Erməni politoloq: “Rusiyameyilli” və “Rusiyanın dostu” tamamilə fərqli anlayışlardır

2026/05/1779779039.jpg
Oxunub: 351     11:01     26 May 2026    
“Hakimiyyətə yaxın təbliğat platformalarında Putinin “rusiyameyilli qüvvələr” ifadəsi işlətdiyi iddia olunur”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Hakop Badalyan sosial şəbəkə hesabında yazıb.

“Halbuki Rusiya prezidenti “Rusiyanın dostu olan qüvvələr” ifadəsini səsləndirib. “Rusiyameyilli” və “Rusiyanın dostu” tamamilə fərqli anlayışlardır”, - deyə Badalyan vurğulayıb.

O qeyd edib ki, Ermənistanda Rusiyanı açıq şəkildə düşmən elan edən siyasi qüvvələr mövcuddur və bu fonda Rusiyanı dost hesab edən qüvvələrin olması təbiidir.

Badalyan bildirib ki, Putinin açıqlaması məhz bu kontekstdə qiymətləndirilməlidir.

Erməni politoloq əlavə edib ki, hakimiyyətin təbliğatı məqsədli şəkildə “rusiyameyilli” ifadəsini dövriyyəyə buraxır və heç kim Putinin bu sözü işlətmədiyini dəqiq izah etmir.

Badalyan həmçinin qeyd edib ki, Putin Rusiya pasportu olan bir şəxsin həbsinə də toxunub və bununla Samvel Karapetyanı nəzərdə tutduğu ehtimal edilir.

“Putin eyni zamanda bildirib ki, həmin həbslə bağlı qərarı Ermənistanın daxili işi hesab edirlər”, - deyə politoloq vurğulayıb.

Badalyanın sözlərinə görə, hakimiyyətin təbliğat manipulyasiyalarının qarşısını almaq üçün bu məsələlərə diqqətlə və dəqiqliklə yanaşmaq lazımdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Badalyan   Putin   Ermənistan  


Bizi "telegram"da izləyin