Ordu.az xəbər verir ki, Rubio bu barədə Hindistana rəsmi səfəri zamanı danışıb.
“Onlar bütün səfirliklərə bildiriş göndəriblər”, - deyə ABŞ xarici siyasət idarəsinin rəhbəri Kiyevdən diplomatik heyətin təxliyəsi ilə bağlı Rusiyanın xəbərdarlığından danışarkən qeyd edib.
“Düşünürəm ki, o [Lavrov] sadəcə bunu şəxsən mənə bildirmək üçün zəng etdi. Onlar bütün səfirliklərə Kiyevdə vəziyyətin çox təhlükəli olacağını bildiriblər. Amma Kiyev artıq bir neçə ildir ki, çox təhlükəlidir”, - deyə Rubio əlavə edib.
“Beləliklə, mən dünən onunla bu və bir neçə başqa məsələni müzakirə etdim”, - deyə Rubio Lavrovla söhbətinə aydınlıq gətirib.
O bildirib ki, Rusiya prezidenti Vladimir Putin Lavrovdan ona zəng etməyi və mesajı şəxsən ABŞ prezidentinə çatdırmağı istəyib.
“Mən də bunu etdim. Amma əlbəttə ki, biz artıq bütün diplomatik nümayəndəliklərə göndərilən bildirişləri görmüşdük”, - deyə Rubio vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az