Ordu.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
ABŞ prezidenti qeyd edib ki, “zənginləşdirilmiş uran (nüvə tozu) dərhal ABŞ-yə təhvil verilərək çıxarılmalı və məhv edilməli, yaxud yerində və ya istənilən uyğun məkanda, əsasən İran İslam Respublikası ilə əməkdaşlıq və razılıq çərçivəsində məhv olunmalıdır”.
Tramp həmçinin bu prosesə müşahidəçi qismində ixtisaslaşmış beynəlxalq qurumun cəlb olunmasının tərəfdarı olduğunu bildirib.
Sevinc Əliyeva
Ordu.az