Rusiya ordusu Xarkova zərbələr endirib: ölənlər və yaralılar var

2026/03/1772911148.jpg
Oxunub: 544     10:21     26 May 2026    
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinə hücum edib, nəticədə 3 nəfər həlak olub, 33 nəfər yaralanıb.

Ordu.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov məlumat verib.

"Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri Xarkova və vilayətin 14 yaşayış məntəqəsinə "İsgəndər" raketi, idarə olunan aviasiya bombaları və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Nəticədə 3 nəfər həlak olub, daha 33 nəfər xəsarət alıb", - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Xarkov  


Bizi "telegram"da izləyin