Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşündə Ermənistanın Avrasiya İqtisadi Birliyinin tamhüquqlu üzvü olaraq qaldığını və paralel şəkildə Avropa ilə münasibətlərini inkişaf etdirdiyini deyib.
Sentyabrın 26-da Putin Kremldə Paşinyanla görüş keçirmişdi.
“Ermənistan tamhüquqlu şəkildə Avrasiya İqtisadi Birliyinin üzvü olaraq qalır, lakin bununla paralel xarici siyasətin digər istiqamətləri, xüsusilə də Avropa ilə münasibətlərini inkişaf etdirir”, - deyə Peskov jurnalistlərə bildirib.
Peskov əlavə edib ki, Paşinyan həmin vaxt Ermənistanın gələcək iqtisadi inteqrasiya yolunun seçilməsi ilə bağlı yekun qərarın müəyyən mərhələdə qəbul edilməli olduğunu açıqlayıb.
“Və bu referendum vasitəsilə həyata keçiriləcək. Yəni yekun sözü məhz erməni xalqı deyəcək”, - deyə Peskov bildirib.
Alpər Mövludoğlu
Ordu.az