Baqayi: “İran hələ ABŞ ilə razılaşmanın imzalanmasına yaxın olduğunu deyə bilməz”

2026/04/1776584173.jpg
Oxunub: 350     13:19     25 May 2026    
İran hələ ABŞ ilə razılaşmanın imzalanmasına yaxın olduğunu bəyan edə bilməz, lakin məsələlərin əhəmiyyətli hissəsi üzrə həll yolları tapılıb.

Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqayi bildirib.

“Bir çox məsələlər üzrə nəticə əldə etdiyimiz doğrudur, lakin bu, hər hansı tərəfin razılaşmanın imzalanmasının yaxın olduğunu iddia edə bilməsi demək deyil”, - deyə Baqayi brifinq zamanı bildirib.

O əlavə edib ki, ABŞ ilə hazırlanan memorandumda “bütün cəbhələrdə”, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılması ilə bağlı müddəa yer alır.

Diplomat bir daha vurğulayıb ki, Tehran hazırda Vaşinqton ilə İranın nüvə proqramı məsələsini müzakirə etmir.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, İran tərəfi hazırda Pakistana nümayəndə heyəti göndərməyi planlaşdırmır və yeni Pakistan nümayəndə heyətini qəbul etmək planı da yoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baqayi   İran   ABŞ  


Bizi "telegram"da izləyin