İranda bildirilib ki, ABŞ hazırlanmaqda olan razılaşma çərçivəsində əldə edilən qarşılıqlı razılaşmalardan geri çəkilir

2026/05/1779700979.jpg
Oxunub: 326     13:10     25 May 2026    
Vaşinqton ABŞ Prezidenti Donald Trampın İranla razılaşmanın demək olar ki, hazır olduğunu bəyan etməsindən cəmi 24 saat sonra əsas razılaşmalardan geri çəkilib.

Ordu.az xəbər verir ki, bu barədə İran nümayəndəsi “Al Jazeera” televiziya kanalına bildirib.

“İranlı məlumatlı mənbə ABŞ-nin iki əsas məsələ üzrə geri addım atdığına dair əlamətlər olduğunu bildirir. Bunlar İran aktivlərinin dondurulmuş vəziyyətdən çıxarılması mexanizmi və Livanda atəşkəsin təmin edilməsidir”, - deyə televiziya kanalı qeyd edib.

Tehrandakı müxbirin sözlərinə görə, sənəd layihəsində Livanda atəşkəsin təmin edilməsinə dair çərçivə razılaşması yer alsa da, İsrail həmin sənədə Livanda istənilən təhlükəyə cavab vermək bəhanəsi ilə hərbi əməliyyat aparmasına imkan verəcək müddəaların daxil edilməsində israr edir.

Mənbənin məlumatına görə, Tehran vasitəçilərə bildirib ki, Vaşinqton əvvəllər əldə edilmiş qarşılıqlı razılaşmalardan yayınarsa, İran sənədi imzalamayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin