Ordu.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Baş nazir Nikol Paşinyanın müxalifəti casusluqda və casus şəbəkələrinin üzvü olmaqda ittiham etməsi, həmçinin “məhv edəcəyəm” ifadəsini işlətməsi ilə bağlı sualları cavablandırarkən deyib.
“News.am”ın müxbiri nazirdən bu cür ifadələrin zorakılığa çağırış olub-olmadığını soruşub.
Srbuhi Qalyan bildirib ki, vəziyyətlər fərqli olur və bəzi hallarda insanlar emosional reaksiya verirlər.
“Əgər söhbət hipotetik zorakılığı nəzərdə tutan sözlərdən gedirsə, mənim anlayışıma görə, bu cür ifadələr digər bütün sözlər tükənəndə işlədilir. Yəni burada təhrikedici vəziyyətlərdən söhbət gedir.
Bəzən bütün insanlar, o cümlədən baş nazir üçün daim nəzakətli qalmaq çox çətin olur. Amma istənilən halda biz hesab edirik ki, vəzifəli şəxslərin etik davranış qaydaları var və onlar həmin çərçivədə qalmağa çalışmalıdırlar”, - deyə erməni nazir bildirib.
Qalyan əlavə edib ki, baş nazirin ictimaiyyətə məlum olmayan daha geniş məlumatlara çıxışı var.
“Siz və xalqımız əmin ola bilərsiniz ki, baş nazir vəzifəsinə görə daha böyük həcmdə informasiyaya malikdir və bu məlumatlar ona belə bəyanatlar verməyə imkan yaradır”, - deyə Ermənistanın ədliyyə naziri vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az