Qətər ABŞ və İrana çağırış edib

2026/03/1773298624.jpg
Oxunub: 394     13:46     23 May 2026    
Qətər Xarici İşlər Nazirliyi ABŞ və İranı Pakistanın vasitəçilik səylərinə müsbət reaksiya verməyə və Fars körfəzi bölgəsində münaqişəyə son qoyacaq və təhlükəsizliyi bərpa edəcək "davamlı" bir razılaşma əldə etməyə çağırıb.

Ordu.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Qətər Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunur ki, Qətər lideri Məhəmməd bin Əbdürrəhman Əl-Tani mövcud vəziyyəti İordaniya, Səudiyyə Ərəbistanı və Türkiyədən olan həmkarları ilə telefonla müzakirə edib.

İran mediası isə mübahisəli məsələlər üzrə məsləhətləşmələrin davam etdiyini yazır. Bildirilir ki, hələlik heç bir nəticə yoxdur.

Tərəflər silahlı münaqişənin sona çatdırılması ilə birbaşa əlaqəli məsələləri müzakirə edirlər. Digər mübahisəli məsələlər hələlik həllini tapmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   ABŞ   İran  


Bizi "telegram"da izləyin