Livan prezidenti İranı ölkədən “xırda pul” kimi istifadə etməkdə ittiham edib

2026/06/1780673294.jpg
Oxunub: 165     19:19     05 İyun 2026    
Livan prezidenti Cozef Aun İranı ABŞ ilə apardığı danışıqlarda Livandan təzyiq vasitəsi kimi istifadə etməkdə ittiham edib.

Ordu.az xəbər verir ki, bu barədə o, CNN telekanalına müsahibəsində bildirib.

Livan liderinin sözlərinə görə, Tehran onun ölkəsinə Vaşinqtonla münasibətlərində “xırda pul” kimi yanaşır.

İran İslam İnqilabı Keşikçiləri Korpusuna müraciət edən Aun bildirib: “Bu, sizin ölkəniz deyil, bu bizim ölkəmizdir”.

Livan prezidenti dövlətin suverenliyi və təhlükəsizliyi ilə bağlı qərarların yalnız Livan hakimiyyəti tərəfindən qəbul edilməli olduğunu, xarici qüvvələrin bu prosesə müdaxilə etməsinin yolverilməz olduğunu qeyd edib.

“Ocağımız dağılır. İran Livandan ABŞ ilə danışıqlarında xırda pul kimi istifadə edir. Bu qəbuledilməzdir”, - deyə Aun bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İran  


Bizi "telegram"da izləyin