Naxçıvan dəmir yolunun bərpası üçün ilkin qiymətləndirmələr aparılır

2026/06/16390-1780666653.jpg
Oxunub: 181     18:37     05 İyun 2026    
Naxçıvan dəmir yolunun yenidən qurulması ilə bağlı hazırda ekspertlər tərəfindən geniş qiymətləndirmə işləri aparılır.

Ordu.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Nümayəndəliyində Əməkdaşlıq Bölməsinin rəhbəri Viktor Bojkov Aİ–Azərbaycan tərəfdaşlığının 30 illiyi və Gəncədə həyata keçirilən layihələrə dair keçirilən media brifinqində deyib.

Onun sözlərinə görə, ekspertlər dəmir yolu xəttini, sərhəd keçidlərini və mümkün marşrutları araşdıraraq xəttin bərpası üçün tələb olunan xərcləri və texniki ehtiyacları qiymətləndirirlər. Qiymətləndirmə çərçivəsində rels altı şpalların vəziyyəti, əyriliklər, daşqın riski və digər infrastruktur problemləri də nəzərə alınır.

V.Bojkov qeyd edib ki, hazırda xətt mövcud olsa da, onun sürəti aşağıdır və bəzi hissələrdə texniki nasazlıqlar mövcuddur. Bu səbəbdən layihə tam yenidənqurma deyil, əsasən bərpa və modernizasiya xarakteri daşıyır.

O əlavə edib ki, qiymətləndirmədə Azərbaycan hökumətinin dövlət büdcəsi hesabına Naxçıvanın cənub-şərq hissəsində həyata keçirdiyi təxminən 7 kilometrlik yeni dəmir yolu tikintisi də referens kimi istifadə olunur. Bu nümunə vasitəsilə tikinti xərcləri, texniki standartlar, işçi qüvvəsi və avadanlıq tələbləri daha dəqiq müəyyən edilir.

Bildirilib ki, bu təhlillər yekunlaşdıqdan sonra bütün xətt üzrə bərpa işlərinin ümumi dəyəri hesablanacaq. İlkin qiymətləndirmələrə görə, layihənin dəyərinin təxminən 1 milyard ABŞ dolları ətrafında ola biləcəyi ehtimal olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Bojkov  


Bizi "telegram"da izləyin