Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, İran Hərbi Dəniz Qüvvələrinin “Qadir” tipli gəmiəleyhinə raketlərinin xəbərdarlıq məqsədli buraxılışlarından və yeni “Şəhid Dana” zərbə PUA-larının tətbiqindən sonra ABŞ-yə məxsus DDG-103 və DDG-87 esminesləri, eləcə də USS “Tripoli” desant helikopterdaşıyan gəmisi Oman körfəzini tərk edərək Hind okeanına istiqamətlənib.
Bildirilir ki, həmin gəmilər USS “George H.W. Bush” aviadaşıyıcısının rəhbərlik etdiyi aviadaşıyıcı zərbə qrupunun tərkibində fəaliyyət göstərib. İran bu qrupu gəmiçilik və dəniz ticarətinin təhlükəsizliyini pozmaqda ittiham edir.
İran Hərbi Dəniz Qüvvələrinin Əməliyyatların İdarəedilməsi Mərkəzi ABŞ qüvvələrindən bölgədəki fəaliyyətini dayandırmağı tələb edib və zərurət yaranacağı halda daha uzaqmənzilli raket silahlarını tətbiq etməyə hazır olduqlarını bəyan edib.
Sevinc Əliyeva
Ordu.az