Antoniu Joze Sequru: "Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək"

2025/09/1758465392.jpg
Oxunub: 147     18:50     05 İyun 2026    
Portuqaliya Prezidenti Antoniu Joze Sequru Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Ordu.az xəbər verir ki, təbrikdə deyilir.

"Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Portuqaliya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Sizə şəxsi rifah arzulayır, Azərbaycan xalqına tərəqqi və firavanlıqla bağlı xoş diləklərimi bildirirəm.

Ölkənizin bütün vətəndaşları və dostları üçün çox əhəmiyyətli olan bu gündə Portuqaliyanın dövlətlərimizi və xalqlarımızı birləşdirən ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə sadiqliyini bir daha vurğulayıram. Portuqaliyanın Bakıda və Azərbaycanın Lissabonda səfirliyinin açılmasının bu məqsədə mühüm töhfə verəcəyinə ümidvar olduğumu qeyd edirəm", - təbrikdə bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Portuqaliya   Azərbaycan  


Bizi "telegram"da izləyin