Erməni KİV-i: Seçkilərdə iştirak edəcək 19 siyasi qüvvədən ən azı 7-si radikal qərbyönlüdür

2026/05/1779520684.jpg
Oxunub: 399     11:17     23 May 2026    
Ermənistanda qarşıdan gələn seçkilərdə iştirak edəcək bəzi siyasi qüvvələrin kəskin qərbyönlü mövqe sərgilədiyi bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrin məlumatına görə, seçkilərdə iştirak edəcək 19 siyasi qüvvədən ən azı 7-si radikal qərbyönlü düşərgəyə aid edilir.

“Onlardan biri də “Şnorhapetakan” partiyasıdır. “Wikipedia” məlumatına əsasən, partiya Rusiyanın təsirinin aradan qaldırılmasını, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyindən çıxmasını dəstəkləyir. Partiyanın rəhbəri Qurqen Simonyan isə Ermənistanda yerləşən bütün Rusiya qoşunlarının çıxarılmasına çağırış edib”, - deyə nəşr bildirib.

Bununla yanaşı qeyd olunub ki, Simonyan 2016-2018-ci illərdə Moskva Dövlət Universitetinin İrəvan filialında, 2015-ci ildən isə hazıradək Ermənistan-Rusiya Universitetində dərs deyib.

“Universitet rəhbərliyi onun əsas müəllim olmadığını, müvəqqəti şəkildə cəlb edildiyini və müqaviləsinin başa çatdığını açıqlayıb. Gələcəkdə yenidən əməkdaşlığın planlaşdırılmadığı bildirilsə də, bioqrafiyasında “2015-ci ildən bu günədək” ifadəsi yer alır.

Həmçinin vurğulanır ki, universitetin maliyyəsinin təxminən 30 faizi Rusiya federal büdcəsi hesabına formalaşır”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin