KİV: Ermənistanın səhiyyə nazirinin böyük ambisiyaları var

2026/05/1779513075.jpg
Oxunub: 402     09:17     23 May 2026    
Ermənistanın səhiyyə naziri Anahit Avanesyan hökumətdə daha yüksək vəzifəyə iddialıdır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, “Vətəndaş Müqaviləsi”nin seçki siyahısında ilk qadın olan Avanesyan Paşinyanın seçkiqabağı kampaniyasının əsas fiqurlarından birinə çevrilib.

“Məqamına uyğun olaraq mahnı oxuyur, rəqs edir və Paşinyanın ən sərt açıqlama və təhdidlərini belə dəstəkləyir. Halbuki insanların sağlamlıq problemləri ilə məşğul olmalıdır. İnsan həyatını qorumaqla məsul olan sahənin rəhbəri kimi o da Paşinyanın bəzi şəxslərin “sağ qalmasına” təəccübləndiyini bildirən fikirlərini dəstəkləyir.

Hakimiyyətə yaxın mənbəmiz bildirir ki, bu xidmətlər təsadüfi deyil. Məlum olur ki, Avanesyanın böyük ambisiyaları var və “Vətəndaş Müqaviləsi”nin qələbəsi halında özünü yeni hökumətdə baş nazir müavini kimi görür. Onun yaxın ətrafı hesab edir ki, Avanesyan göstərdiyi xidmətlərlə nazir vəzifəsindən daha yüksək status qazanmağa tam layiqdir”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Avanesyan  


Bizi "telegram"da izləyin