Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşr Nubaraşen psixiatriya xəstəxanasında rəsmi versiyaya görə baş vermiş intihar hadisəsini, Taşirdə saxlanılmaları, Paşinyanın vətəndaşlarla insidentlərini, Narek Karapetyana qarşı cinayət işini və “Araratsement”in “ələ keçirilməsi” ilə bağlı açıqlamaları xatırladıb.
Qeyd olunur ki, “hüquq-mühafizə orqanları” hakimiyyətin maraqlarına xidmət edir, “maskalıların” videogörüntüsü isə müxalifətə qarşı repressiyalar üçün bəhanə rolunu oynayır.
“Avropa İttifaqı və Avropa qurumları baş verənlərə susur, hətta “dezinformasiya qrupları” göndərərək prosesə müdaxilə ediblər”, - deyə nəşr bildirib.
Məqalədə onların vəziyyətə reaksiya verməyə çağırıldığı, əks halda susqunluğun “cinayət ortaqlığı” kimi qiymətləndirildiyi vurğulanıb.
Alpər Mövludoğlu
Ordu.az