Vüqar Süleymanov: "Minatəmizləmə bərpa və yenidənqurmanın əsas təməlidir"

2026/05/Captu-1779429317.jpg
Oxunub: 358     09:47     22 May 2026    
Minatəmizləmə yalnız insanların həyatını xilas edən humanitar fəaliyyət deyil, eyni zamanda, bərpa və yenidənqurmanın əsas təməlidir.

Ordu.az xəbər verir ki, bunu ANAMA İdarə heyətinin sədri Vüqar Süleymanov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Münaqişədən Sonra Şəhər Yenidənqurması: Humanitar Mina Təmizlənməsinin Kritik Rolu" adlı sessiyada deyib.

O bildirib ki, bu fəaliyyət yaşayış evlərinin yenidən inşası, infrastrukturun bərpası, kənd təsərrüfatının dirçəldilməsi, nəqliyyat şəbəkələrinin inkişafı və iqtisadi fəaliyyətin canlandırılması üçün zəruri şəraiti formalaşdırır:

"Böyük Qayıdış" Proqramı çərçivəsində minatəmizləmə fəaliyyəti şəhərsalma, yenidənqurma və inkişaf proseslərinə tam şəkildə inteqrasiya edilib".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vüqar-Süleymano   Minatəmizləmə  


Bizi "telegram"da izləyin