Paşinyan Kərki məsələsini şərh edib: “Anklavlar mövzusundan imtina edə bilmərik”

2026/05/1779429147.jpg
Oxunub: 583     09:49     22 May 2026    
“Google Maps”ın bütün tarixi ərzində ad dəyişməyib, sadəcə bəzi insanlar bunu indi görüblər”.

Ordu.az xəbər verir ki, bunu mayın 22-də jurnalistlərlə görüşündə məzuniyyətdə olan Ermənistanın Baş naziri və “Vətəndaş Müqaviləsi”nin seçki siyahısına rəhbərlik edən Nikol Paşinyan Kərk ilə bağlı suala cavab verərkən deyib.

O, hansısa əraziləri təhvil verməsi ilə bağlı iddiaları yalan adlandırıb.

“Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıb və delimitasiya da bu əsasda aparılıb. Bu isə o deməkdir ki, Ermənistan və Azərbaycan müvafiq olaraq Ermənistan SSR və Azərbaycan SSR ilə eynidir”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan anklavlar mövzusundan imtina edə bilməz.

“Mən bundan imtina edə bilmərəm, çünki bu, cinayət təqibi üçün əsasdır. Heç kim Ermənistanın ərazisindən imtina edə bilməz. Amma bu, asan mövzu deyil”, - deyə o qeyd edib.

Paşinyan bildirib ki, hazırda bu məsələnin həlli ilə bağlı heç bir razılaşma yoxdur.

“Bu mövzuda danışarkən mən Ermənistan ərazisinin qaytarılmasından danışıram. Əgər delimitasiya zamanı müəyyən optimallaşdırma baş verərsə, bu, mümkündür və həmin proses açıq, ictimai və şəffaf şəkildə həyata keçiriləcək”, - deyə o vurğulayıb.

Paşinyan qeyd edib ki, delimitasiya nəticəsində Ermənistanın ərazisi 29 min 743 kvadratkilometr olacaq və bu, “dəmir məntiqdir”.

“Yollar və infrastrukturla bağlı məsələlər isə delimitasiya prosesində həll olunacaq”, - deyə Paşinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Kərki  


Bizi "telegram"da izləyin