“Hraparak”: Yenidən dindirmələrə çağırırlar, Ermənistanın sabiq BQ rəisi gizlənib

2026/05/1779427908.jpg
Oxunub: 357     09:31     22 May 2026    
Ermənistanda 44 günlük müharibə ilə bağlı açılmış cinayət işi üzrə son həftələrdə istintaqa yenidən fəallıq verilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Nəşrin hüquq-mühafizə orqanlarındakı mənbələrinin məlumatına görə, əsasən orta səviyyəli hərbçilər, xüsusilə hakimiyyətə yaxın şəxslər dindirməyə çağırılır.

Bildirilir ki, məqsəd yüksək rütbəli hərbçilərə, müharibə dövründə məsul vəzifə tutmuş şəxslərə, əsasən isə Baş Qərargah nümayəndələrinə qarşı ifadələr almaqdır.

Mənbələr istisna etmirlər ki, seçkilər ərəfəsində bu addımlar sadəcə profilaktik və qorxutma məqsədilə həyata keçirilən əməliyyatdır. Bununla hərbçilərə “oyun qurmaq” barədə düşünməmək mesajı verildiyi iddia olunur.

Eyni zamanda, nəşrin məlumatına görə, həbslərin də mümkün olduğu istisna edilmir. Qeyd olunur ki, bununla müxalifətlə “oyun oynayanlara” qarşı qorxu atmosferini daha təsirli göstərməyə çalışacaqlar.

“Ermənistan Baş Qərargahının keçmiş rəisi, son vaxtlar aktivlik nümayiş etdirdiyi deyilən Onik Qasparyanın da məhz bu səbəbdən gizləndiyi bildirilir.

Deyirlər ki, ona da yerində sakit oturmasının vacibliyi başa salınıb, əks halda nəticənin yaxşı olmayacağı bildirilib”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qasparyan  


Bizi "telegram"da izləyin