Ordu.az xəbər verir ki, Paşinyan bu barədə mayın 19-da Lori vilayətinin Stepanavan şəhərində keçirilən seçkiqabağı təşviqat tədbiri zamanı danışıb.
Hazırda məzuniyyətdə olan Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edir.
“Bu bizim seçkiqabağı kampaniyamızdır. Kim razı deyil, gəlməsin, kim bizi dinləmək istəmir, gəlməsin”, - deyə Paşinyan bildirib.
O, səs-küy salan şəxslərin sakit və hörmətli şəkildə zaldan çıxarılmasını istəyib.
“Bəsdir, həmin o kaluqalı və digərləri hər adama 50 min dram, 100 min dram versinlər. Biz etiraz etmirik. 100 min dram almısınızsa, gəlmisinizsə, iştirak qeydə alınıbsa, gedin, əziz xalq”, - deyə Paşinyan qeyd edib.
Ermənistanın Baş naziri vurğulayıb ki, tədbirə etik davranış qaydalarını pozaraq gələn şəxslər mədəni şəkildə zaldan uzaqlaşdırılacaq.
“O adamı bir də kamera ilə çəkin ki, iştirak etdiyi görünsün və sonra 50 min dramı geri almasınlar. Biz insanlara pislik istəmirik”, - deyə Paşinyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az