Si Cinpinin danışıqlardan əvvəlki çıxışı üç dəqiqə davam edib

2026/05/1778742726.jpg
Oxunub: 322     11:01     14 May 2026    
Mayın 14-də ABŞ prezidenti Donald Trampla danışıqlardan əvvəl Çin lideri Si Cinpinin çıxışı üç dəqiqə davam edib.

Ordu.az xəbər verir ki, Si Cinpin çıxışında ikitərəfli əməkdaşlıqla bağlı bir sıra mühüm məsələlərə toxunub.

ÇXR sədrinin fikrincə, Çin və ABŞ ümumi rifah və uğura nail olmaq üçün rəqabət deyil, tərəfdaşlıq münasibətlərini inkişaf etdirməlidir.

O əlavə edib ki, 2026-cı ildə ABŞ-nin müstəqillik bəyannaməsinin qəbul edilməsinin 250 illiyi tamam olur.

Si Cinpin ölkələr arasında qarşılıqlı faydalı ticarət tərəfdaşlığının əhəmiyyətini də vurğulayıb.

Çin lideri ticarət danışıqlarında əldə edilən nəticələri bir daha təsdiqləyərək bildirib ki, yeganə düzgün seçim bərabərlik prinsipi əsasında qurulan müzakirələrdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cinpin   Tramp  


Bizi "telegram"da izləyin