SEPAH ABŞ-ni "güclü zərbə" endirməklə hədələyib

2026/04/1775013379.jpg
Oxunub: 386     14:14     10 May 2026    
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) neft və ticarət gəmilərinə hücumların nəticələri barədə xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

"İranın neft tankerlərinə və ticarət gəmilərinə istənilən hücum ABŞ-nin regiondakı obyektlərinə və gəmilərinə güclü zərbə endiriıməsi ilə nəticələnəcək", - bəyanatda deyilir.

Daha əvvəl "Tasnim" agentliyi SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı general Seyid Məcid Musəvinin bəyanatına istinadən xəbər verib ki, İran hərbçiləri tam hazır vəziyyətdədir.

"Raketlər və aerokosmik pilotsuz uçuş aparatları düşmənə tuşlanıb və biz atəş əmrini gözləyirik", - o qeyd edib.

İran ordusunun adı açıqlanmayan nümayəndəsinin agentliyə bildirdiyinə görə, Hörmüz boğazının blokadaya alınması ilə bağlı iddialar İranın bu strateji əhəmiyyətli su marşrutu üzərindəki nəzarətini neytrallaşdırmağa yönəlmiş təbliğat kampaniyasının bir hissəsidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   ABŞ  


Bizi "telegram"da izləyin