SEPAH: Raketlərimiz və PUA-larımız regiondakı ABŞ obyektlərini hədəfə alıb

2026/05/1778407432.jpg
Oxunub: 441     14:03     10 May 2026    
İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Məcid Musəvi bildirib ki, silahlı qüvvələrin raketləri və pilotsuz uçuş aparatları düşmən obyektlərini hədəfə alıb və atəş açılması əmrini gözləyir.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

“İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin raketləri və pilotsuz uçuş aparatları regiondakı Amerika hədəflərinə və düşmənin təcavüzkar gəmilərinə yönəldilib. Biz atəş açılması əmrini gözləyirik”, - deyə general Musəvi bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   ABŞ   İran  


Bizi "telegram"da izləyin