“İran tankerlərinə qarşı tədbirlər ölkənin neft ixracına mane ola bilməz” - Əhmədi

2026/05/1778399298.jpg
Oxunub: 362     11:47     10 May 2026    
İran parlamentinin energetika komissiyasının sədri Höccətülislam Musa Əhmədi bildirib ki, İranın neft tankerlərinə qarşı görülən tədbirlər qanunsuzdur və ölkənin neft ixracına mane ola bilməz.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Həccətülislam Musa Əhmədi yerli KİV-ə açıqlamasında deyib ki, neft tankerlərimizə qarşı görülən tədbirlər beynəlxalq hüquqa ziddir. Ola bilər ki, bu tədbirlər müəyyən dərəcədə təsirli olsun, lakin onların təsiri İran neftinin ixracını dayandıracaq qədər böyük olmayacaq.

O bildirib ki, ölkənin müxtəlif neft yataqlarında neft hasilatı fasiləsiz davam edir.

Əhmədi əlavə edib ki, Neft Nazirliyi və aidiyyəti qurumlar müvafiq qərarlardan istifadə etməklə problemləri minimuma endirməyə və ya aradan qaldırmağa çalışırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əhmədi   İran  


Bizi "telegram"da izləyin