Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Mərkəzin məlumatına görə, insident Dohadan 23 kilometr şimal-şərqdə yerləşən ərazidə baş verib.
Yük gəmisinin kapitanı bildirib ki, gəmiyə naməlum mərmi dəyib və nəticədə baş verən kiçik yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Ətraf mühitə mənfi təsirlə bağlı məlumat verilməyib. Hazırda hakimiyyət orqanları araşdırma aparır.
“Məlumata görə, gəmilərə tranzit zamanı ayıq-sayıq olmaq və hər hansı şübhəli fəaliyyət barədə dərhal UKMTO-ya məlumat vermək tövsiyə olunur”, - deyə mərkəzin açıqlamasında bildirilir.
Sevinc Əliyeva
Ordu.az