Polşada kiril əlifbalı yazılar olan PUA aşkarlanıb

2026/05/1778331999.jpg
Oxunub: 389     16:57     09 May 2026    
Polşanın Varmiya-Mazuriya voyevodalığında, Krulevets vilayətinin sərhədi yaxınlığında pilotsuz uçuş aparatına bənzər obyekt aşkarlanıb.

Ordu.az xəbər verir ki, bu barədə yerli polis “Polsat News” agentliyinə məlumat verib.

“Bu barədə anonim şahiddən məlumat almışıq”, - deyə polis bildirib.

Hərbi polis təsdiqləyib ki, “ehtimal ki, bu, müşahidə məqsədli hərbi təyinatlı pilotsuz uçuş aparatıdır”.

RMF24-ün qeyri-rəsmi məlumatına görə, pilotsuz uçuş aparatının üzərində kiril əlifbası ilə yazılar mövcuddur. Qurğu kamera və ya kameralarla təchiz olunub və adi mağazalarda satılan pilotsuz uçuş aparatı növlərinə aid deyil.

Hakimiyyət nümayəndələrinin sözlərinə görə, söhbət daha böyük və ixtisaslaşmış pilotsuz uçuş aparatından gedir.

Hadisə yerində xüsusi xidmət orqanları çalışır, ərazi nəzarət altına götürülüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   PUA  


Bizi "telegram"da izləyin