Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qırmızı Meydanda keçirilən Qələbə paradı zamanı deyib.
“Rus əsgərləri ilə yanaşı fəhlələr, konstruktorlar, mühəndislər, alimlər və ixtiraçılar da fəaliyyət göstərirlər. Onlar sələflərinin ənənələrini davam etdirərək müasir döyüş təcrübəsinə əsaslanıb qabaqcıl və unikal silah nümunələri yaradır, paralel şəkildə onların kütləvi istehsalını təşkil edirlər”, - deyə Putin bildirib.
Putinin sözlərinə görə, Rusiyanın uğurunun əsasını mənəvi və ruh yüksəkliyi, cəsarət və qəhrəmanlıq, birlik və istənilən çətinliyi aşmaq bacarığı təşkil edir.
“Uğurun əsası bizim mənəvi və ruh yüksəkliyimiz, cəsarətimiz və qəhrəmanlığımız, birliyimiz və bütün sınaqlara tab gətirmək, istənilən çətinliyi aşmaq bacarığımızdır. Bizim ümumi məqsədimiz var və hər kəs bu qələbəyə öz şəxsi töhfəsini verir”, - deyə Putin parad başlamazdan əvvəl vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az