Ordu.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
“Bəşəriyyətin azadlığı naminə Yer üzündə sülhü və təhlükəsizliyi qoruyan, misilsiz cəsarət və böyük vətənpərvərliklə faşizmi darmadağın edən əvvəlki nəslin veteranlarına dərin ehtiramımı bildirməyə icazə verin”, - deyə Kim Çen Inın təbrikində bildirilib.
KXDR lideri həmçinin ölkəsinin hökumətinin “iki dövlət arasında müttəfiqlik xarakterli hərtərəfli strateji tərəfdaşlığa çox böyük əhəmiyyət verdiyini” vurğulayıb.
“Bir daha KXDR hökumətinin mövqeyini təsdiqləyirəm. Biz iki ölkə arasında müttəfiqlik xarakterli strateji tərəfdaşlığa maksimum əhəmiyyət verməyə, onu ardıcıl şəkildə gücləndirməyə və inkişaf etdirməyə hazırıq. Bir daha təsdiq edirəm ki, biz KXDR ilə Rusiya Federasiyası arasında imzalanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi məsələsində daim məsuliyyət daşıyacağıq”, - deyə təbrik teleqramında qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az