“Hraparak”: Zəngəzurda Paşinyanın təbliğat komandası biabırçı qarşılanma ilə üzləşib

2026/05/1778316469.jpg
Oxunub: 419     12:44     09 May 2026    
Ötən gün Zəngəzur vilayəti ümumilikdə Nikol Paşinyanı rədd edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, Paşinyan seçkiqabağı kampaniyasına Ermənistanın cənubundan start verib.

“Zəngəzurdakı yaşayış məntəqələrində Paşinyanın təbliğat komandası biabırçı qarşılanma ilə üzləşib. Görüşlərə əsasən məcburi qaydada gətirilmiş bələdiyyə və məktəb əməkdaşları qatılıblar, Teğ kəndində isə ümumiyyətlə ən biabırçı mənzərə qeydə alınıb.

İcma rəhbəri Qulunts və onun dayısı, Zəngəzurun keçmiş vilayət rəhbəri Melikset Poğosyan kənd sakinlərini Paşinyanla görüşə gətirmək üçün əllərindən gələni etsələr də, buna nail ola bilməyiblər”, - deyə müəllif bildirib.

Nəşr vurğulayıb ki, bu fakt Nikol Paşinyanı qəzəbləndirib və o, bir neçə məktəblinin qarşısında çıxış etməyə məcbur qalıb, daha sonra isə oranı tərk edib.

“Bundan başqa, David Qulunts bütün kənddə boş divar saxlamayıb və hər yeri “Vətəndaş Müqaviləsi” partiyasının plakatları ilə doldurub. Lakin buna baxmayaraq vəziyyət dəyişməyib”, - deyə “Hraparak” vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin