Ordu.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Kommersant”ın məlumatına görə, Peskov açıqlayıb ki, bu gün Rusiya Prezidenti “ikitərəfli görüşlərin tam marafonu”nu keçirəcək.
Peskovun sözlərinə görə, Putin əvvəlcə Qırmızı Meydanda çıxış edəcək, sonra qonaqlarla birlikdə Naməlum Əsgərin məzarı önünə əklil qoyacaq, daha sonra isə Kremldə müxtəlif ölkələrin liderləri ilə bir neçə görüş keçirəcək.
“Bu gün yalnız təntənəli gün deyil, yalnız xatirə günü deyil, hər bir rus üçün olduğu kimi, gözlərdə yaşla qürur günüdür, həm də onun üçün iş günüdür”, - deyə Kremlin nümayəndəsi jurnalist Pavel Zarubinə bildirib.
Kreml Qələbə paradında yeddi xarici nümayəndə heyətinin iştirak edəcəyini açıqlayıb. Onların arasında qondarma “Abxaziya”, Laos, Malayziya, Slovakiya, qondarma “Cənubi Osetiya” rəhbərləri, eləcə də Serb Respublikasının bir neçə nümayəndəsi yer alacaq.
Dünən Putin Kremldə Qazaxıstan, Özbəkistan və Belarus prezidentləri ilə görüşüb.
Qeyd edək ki, mayın 9-da Ermənistan rəhbərliyindən heç kim Rusiyaya səfər etməyib.
Sevinc Əliyeva
Ordu.az