İsrail "Hizbullah"ın 85-dən çox obyektinə zərbələr endirib

2026/04/1775073068.jpg
Oxunub: 428     10:08     09 May 2026    
İsrail Müdafiə Qüvvələri (IDF) son sutka ərzində Livanın cənubunda "Hizbullah" qruplaşmasının 85-dən çox obyektinə, o cümlədən yeraltı silah anbarına zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri yazıb.

Hərbçilərin məlumatına görə, Livanın cənubundakı hədəflər arasında silah anbarları, raket qurğuları və "Hizbullah"ın hücumların hazırlanmasında istifadə etdiyi binalar olub.

IDF-in məlumatına görə, Livanın cənubuna yerləşdirilmiş İsrail hərbçilərinə hücum planlaşdıran qruplaşma üzvlərinə də zərbələr endirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin