Ordu.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
“Bu məsələni yaxın zamanda ABŞ Prezidenti ilə telefon danışığında müzakirə etdik. Xatırladıq ki, biz birlikdə nasizmə qarşı mübarizə aparmış və birlikdə qalib gəlmişik”, - deyə Putin bildirib.
Putin həmçinin qeyd edib ki, Rusiya İkinci Dünya müharibəsinin yaddaşı mövzusunu Çin, Hindistan və antihitler koalisiyasına daxil olan digər ölkələrlə dialoq zamanı daim gündəmdə saxlayır.
O bildirib ki, Rusiyaya dost ölkələrin bəzi liderləri Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Moskvaya gəliblər və mayın 9-da keçiriləcək təntənəli mərasimlərdə şəxsən iştirak edəcəklər. Putinin sözlərinə görə, Rusiya bayramın beynəlxalq əhəmiyyət daşıması və sovet xalqının nasizmə qarşı mübarizədə verdiyi qurbanlarla bağlı həqiqətlərin qorunması üçün digər ölkələrlə məsləhətləşmələri davam etdirir.
Sevinc Əliyeva
Ordu.az